22.11.2024, 09:36
AZ EN
10.11.2022, 08:25 453

Yaponiya portalı Azərbaycan Prezidentinin Şuşada çıxışı barədə məlumatlar dərc edib

XƏBƏRLƏR
  • Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlər barədə məlumatlar dərs edib.

Yapon və ingilis dilində yayımlanan məlumatlarda Prezident İlham Əliyevin Ermənistana verdiyi sülh mesajı, eyni zamanda, yenidən müharibəyə cəhd edərsə, alacağı tutarlı cavab barədə xəbərdarlığı öz əksini tapıb. Bildirilib ki, əgər Ermənistan yenidən işğalçılıq niyyətinə düşərsə, öz layiqli cavabını alacaq. Azərbaycan Ordusu bu cavabı verməyə hazırdır. Bununla yanaşı, Ermənistanın havadarlarına ünvanlandığı fikirlər barədə xəbərlər də məlumatlarda yer alıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işləri barədə dövlətimizin başçısının səsləndirdiyi fikirlərə də geniş yer verilib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR