22.11.2024, 07:51
AZ EN
08.12.2022, 15:48 549

ÜST: Ötən həftə dünyada COVID-19-a yoluxma sayı 3 faiz azalıb

XƏBƏRLƏR
  • Noyabrın 28-dən dekabrın 4-dək koronavirus infeksiyasına yoluxanların sayı 3 milyona yaxın olub, 7800-dən çox insan bu xəstəlikdən vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə əsasən istinadla xəbər verir ki, əvvəlki 7 günün göstəriciləri ilə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölüm hallarının sayı 17 faiz azalıb.

ÜST-nin məlumatına görə, həftə ərzində 2.979.223 yoluxma və 7.833 ölüm halı qeydə alınıb. Əvvəlki həftə (noyabrın 21-dən 27-dək) ilə müqayisədə Amerikada xəstəliyə yeni tutulanların sayı 14 faiz artıb. Eyni zamanda, Afrikada bu göstərici 78 faiz, cənub-şərqi Asiyada 27 faiz, qərbi Sakit okean regionunda 10 faiz, şərqi Aralıq dənizi bölgəsində 4 faiz azalıb.

Ölüm hallarının sayı Afrikada 83 faiz, şərqi Aralıq dənizi bölgəsində 33 faiz, Amerikada 22 faiz, Avropada 19 faiz və qərbi Sakit okean regionunda 5 faiz azalıb, cənub-şərqi Asiyada isə ölüm hallarının 3 faiz artması qeydə alınıb.

Yaponiyada həftə ərzində yoluxanların sayı ən çox (749.895 nəfər) olub. Sonrakı yerləri Fransa (385.716), Koreya Respublikası (370.574), ABŞ (296.333) və Braziliya tutur (188.043). Yeddi gün ərzində Birləşmiş Ştatlarda ölənlərin sayı ən çox (1.744 nəfər) olub. İnformasiya bülletenində qeyd olunur ki, bu göstərici üzrə sonrakı yerləri Yaponiya (1.063 nəfər), Braziliya (632 nəfər), İtaliya (462 nəfər) və Fransa tutur (424 nəfər).

Oxşar xəbərlər

SON XƏBƏRLƏR