Onun sözlərinə görə, ermənilərin düşmənçilik, terror və pozuculuq fəaliyyəti dünyaya bəllidir. Onlar təkcə Azərbaycana və azərbaycanlılara, türklərə qarşı təcavüz siyasəti həyata keçirməyiblər. Gürcüstan torpaqlarının işğal olunmasında da onların böyük rolu olub. Gürcü xalqına qarşı da insanlığa sığmayan cinayətlər törədiblər.
N.Çxaidze deyib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun müddət ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə çox uğurlu islahatlar həyata keçirdi. Bunun sayəsində güclü ordu yarandı və bu ordu torpaqları işğaldan azad etdi. Bu Qələbə əslində tarixi ədalətin ləyaqətli bərpası idi. Azərbaycanın müharibəni 44 günə öz xeyrinə həll etməsi həm də, dünyaya bir mesaj idi. Yəni indi Azərbaycanla güc dilində danışmaq olmaz”.
Professor bildirib ki, Azərbaycanın bu qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə ordu quruculuğu və iqtisadiyyat sahəsində çox böyük işlər görülür.
“Düşünürəm ki, bu üçlüyün birgə həyata keçirdiyi iri miqyaslı layihələr təkcə bizim regionda deyil, dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və inkişafa töhfə verəcək”, – deyə, N.Çxaidze vurğulayıb. (AZƏRTAC)