15.09.2025, 20:33
AZ EN
02.05.2022, 09:31 538

Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlayıb

XƏBƏRLƏR
  • Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlamağa başlayıb. Konkret.az  bu məlumatı erməni mediasına istinadən yayıb.

Mlumatda bildirilir ki,  “Müqavimət” hərəkatının müddətsiz aksiyasının iştirakçıları İrəvanın mərkəzində küçələri bağlamaq üçün hazırlıqlara başlayıblar. Onların daha bir hissəsi gələn vətəndaşlarla birlikdə Fransa meydanında yerləşir.

Paytaxtın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri tədricən küçələri bağlamağa hazırlaşır.

Müxalifətin bir hissəsi Koryun küçəsində yürüşə başlayıb. Onlar daha sonra Heratsi küçəsindəki tuneli bağlayıb.

Artıq hüquq-mühafizə orqanları fəalları polis bölməsinə aparır. Xancyan və Nalbandyan küçələri də bağlanıb.

Oxşar xəbərlər