22.11.2024, 09:23
AZ EN
28.10.2022, 14:42 517

Höteborq şəhərində Ermənistanın müharibə cinayətləri ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

XƏBƏRLƏR

İsveçin Höteborq şəhərində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya Brunsparken meydanı ərazisində baş tutub.

Aksiya zamanı şəhər sakinlərinin diqqəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumlarına, Azərbaycan torpaqlarında yaratdığı mina probleminə və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlara cəlb edilib. “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistan uşaqları öldürür!” şüarlarının əks olunduğu plakatlar dayanacaqlarda və iri ticarət mərkəzində yerləşdirilib.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Qarabağ münaqişəsinin tarixini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətlərini, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtarıb ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqaz bölgəsində uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyini əks etdirən bukletlər paylanılıb.

Aksiya ilə maraqlanan yerli sakinlərin sualları cavablandırılıb.

AZƏRTAC

Oxşar xəbərlər

SON XƏBƏRLƏR