19.10.2024, 07:43
AZ EN
25.10.2022, 16:48 214

Zatulin Ermənistana gələ bilməyəcək

XƏBƏRLƏR
  • Bir çox erməni KİV-lərinin oktyabrın 25-də yaydığı xəbərlərə görə, Rusiya Dövlət Dumasının MDB ölkələri, Avroasiya İnteqrasiyası və həmvətənlərlə əlaqə komissiyasının sədri  Konstantin Zatulinin Ermənistana gəlməsinə qadağa qoyulub və o, artıq Ermənistanda arzuolunmza şəxsdir.

Erməni KİV-ləri xatırladır ki, K.Zatulin  həmişə Ermənistanı dəstəkləyib, Azərbaycanı isə tənqid edib. Amma o, son müsahibələrində  44 günlük müharibədə Ermənistanın uduzmasının səbəblərini şərh edərkən həmişə məhz Ermənistanı günahkar çıxarıb. Bu isə Ermənistan hakimiyyətinə sərf etmir.

Biz isə erməni xatırlatmaq istərdik ki, 1995-ci ildən indiyədək deputat olan K.Zatulin öz çıxışlarında həmişə erməni uydurmalarını təkrarlayıb, heç bir elmi əsası olmayan ifadələr işlətməklə ermənilərin guya nə vaxtsa böyük əraziyə malik dövlətini yaratdıqlarını bildirir. Onun sərsəmləmələri dövlət dumasındakı bəzi ermənipərəst deputatlar tərəfindən də dəstəklənib. Marqarita Simonyanın rəhbərlik etdiyi Rusiya telekanalında Vladimir Solovyov kimi erməni xislətlinin aparıcılıq etdiyi verilişlərdə Zatulin ermənidən də betər olduğunu özü sübut edib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər