26.06.2025, 02:48
AZ EN
26.10.2022, 15:32 430

Hayastan və İran qardaşlığı

XƏBƏRLƏR

Bu günlərdə Azərbaycan televiziyasında bizə düşmən, erməniyə qardaş olan İranla bağlı söhbətlər diqqətimi cəlb etdi.

Tarix təkrarlansa da, adətən, dəyişən libasdır, deyirlər. Amma indi tarix elə bir dövlətlə  təkrarlanır ki, o, əsrlərdir libasını belə dəyişməyib, əmmamədə, molla papağında gəzir bütün dünyanı. Oyun isə birdir. Şovonizm, təriqətçilik, erməni qardaşlığı, Türkiyə və Azərbaycana nifrət. Tarixin ən amansız imperiyalarından biri-fars imperiyasının ana yasasını təşkil edən bu  prinsipləri onun siyasi varisi İran məharətlə davam etdirməkdədir. İran məhz bu prinsiplərə sadiqlik göstərərək Cənubi Azərbaycanın işğalından bu yana, azərbaycanlılarla bağlı  əks-ideoloji işini gücləndirib. İlk addımı isə  azərbaycanlılara aid milli medianı sıradan çıxarmaq olub. “Azərbaycan”, “Dədə Qorqud”, “Ana dili”, “Gənclik” də daxil olmaqla 49 qəzet və jurnalın və ideoloji işin tərkibi sayılan qeyri-hökumət təşkilatlarının  fəaliyyətini tamamən dayandırıb. Bunun qarşılığında isə fars imperiyasının mənəvi övladı İran Tehranda ermənilərə məxsus sərkis kilsənin həyətində qondarma “erməni soyqırımı” abidəsi ucaldıb. Zaman-zaman İran rəsmiləri bu abidəni aşikar ziyarət etməkdən belə çəkinməyiblər.

“Əhalicə az olmasına baxmayaraq, orada yaşayan ermənilər bütün hüquqlardan və imtiyazlardan istifadə edir və öz dillərində qəzet və kütləvi informasiya vasitələri mövcuddur. Lakin azərbaycanlıların bütün hüquqları pozulmaqla yanaşı, həm də Urmiya gölü qurudulur və eyni zamanda hüquqlarını tələb edən hər bir şəxs tutulur, cəzalandırılır. İranda çoxlu sayda siyasi məhbuslar var”- bu fikirləri isə politoloq İlyas Hüseynov deyib.

Daha sonra ermənilərə aid “erməni kilsələri şurası”, “iran erməni gənclər təşkilatı”, “ararat erməni idman cəmiyyəti” daxil olmaqla 49 ictimai təşkilat qurulub. Bu, bağlanan Azərbaycan dili, nəşr qurumların sayına bərabər göstəricidir. Azərbaycanlılarda qıcıq yaratmaq üçün əlavə olaraq gündəlik “Alik” və həftəlik “Araks” qəzetinin nəşrinə də icazə verilmişdir. Beləcə ermənilər İranın tarixi ideoloji kursuna xidmət göstərməklə, Türk və Azərbaycana düşmənçilikdə əsas müttəfiq olublar.

Hətta iş o yerə çatıb ki, sasani fars törəmələri Peyğəmbərimizin nəvələrinin guya ermənilərlə dost olduğu barədə və s. uydurmalarla, iftiralarla, yalanlarla çalışır ki, farsçılığa xidmət üçün yaradılmış şiəliklə ermənilərin qriqoriyançılığının eyni olduğunu təsdiqləsin. İranda qadınların ermənilərlə siğəyə icazə verilməsi barədə fətva isə sözün tam mənasında müsəlmanlığa qarşı ləkədir.

Yeri gəlmişkən, İranın müxtəlif dönəmlərdə  siyasi rəhbərlərinin və dövlət adamlarının da  Türk milləti haqqında düşüncələrini xatırlamaq yerinə düşər.

2005-ci ildə  İran prezidenti səlahiyyətini daşıyan Mahmud Əhmədi Nejatın erməni icması ilə görüşündəki çıxışında  “erməni xalqına qarşı törədilən soyqırımı biz kəskin şəkildə lənətləyirik.  Bu cinayəti törədənlərə qarşı nifrətimizi bildiririk.”

2010-cu ildə İranın vitse-prezidenti Həmit Baqanin ermənilərin “saxta soyqırımı” barədə çıxışında  “erməni xalqına qarşı soyqırımı adlı dəhşət saçan bir cinayət törədilib. Biz, bu cinayətləri və onu törədənləri lənətləyirik”. Daha bir diqqətçəkən detal isə  “ASALA” terror təşkilatı liderlərindən Monte Melkonyanla bağlıdır. O, rəsmi Tehranın sevimlilərindən hesab edilir. İrandakı bir çox məlumat bazalarında faktı təsdiqləyən açıq məlumatlar mövcuddur. Həmin məlumatlardan birində bildirilir: “Monde Melkonyan islam inqilabının keşikçiləri korpusunun tərəfdarı kimi müqəddəs cihatda hər zaman İranla birlikdədir, biz onu unutmuruq”.

Dünya dəyişir, adını bilmədiyimiz yeni ixtisaslar, elm sahələri ilə  qarşılaşır. İran isə bu dəyişikliklərdən yararlanmaq istəmir. Yararlanmağa çalışan öz xalqı və gəncliyi ilə də bir aydan çoxdur ki, silah gücü ilə danışır. Bugünkü İran və onun davranışlarından söz düşmüşkən qeyd edək ki, sosial şəbəkələrdə 303 qrifi ilə çalışan İranın dırnaqarası “fədailərini” də qeyd etmək lazımdır. Çünki bu dəstə sosial şəbəkələr üzərindən insanları farsçılığa xidmət edən təriqətçiliyə, din adı altında fars şovinizminə sürükləyir və tabe olmayıb öz millli ideologi hədəflərinin müdafiəsində duran insanları isə şantaj, hətta ölümlə hədələyir.  Təbii ki, müvafiq dövlət qurumları bi istiqamətdə ciddi addımlar atır və işlər görürlər. Lakin bu aqressiv iran islam respublikası üçün yetərli deyil. Onun islam dini adı altında həyata keçirdiyi çirkin fəıaliyyəti tamamilə ifşa olunmalıdır.

İranın daxilində baş verən xaos çox ciddi nəticələr verməyə başlayıb. İran  öz daxilindəki etiraz aksiyalarından siyasi nəticələr çııxarıb, ölkədə ciddi islahatlara başlamaq əvəzinə, Azərbaycan və Türkiyə ilə hərbi sərhəddə hansısa dırnaqarası təlimlər keçirərək gündəmi dəyişməyə çalışır.

Son bir faktı da diqqətə çatdırmaq yerinə düşər. Dünya mütəxəssislərinin hesablamalarına görə, İranda keçirilən seçkilərlərdə ölkənin Cənubi Azərbaycan bölgəsi əgər baykot qərarı versə,  nəticələrdə yetərsay olmur, yəni, İran bu gün dilinə, təhsilinə məhdudiyyət qoyduğu Cənubi Azərbaycana, əslində, özünün  var olması üçün möhtac durumdadır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər