19.10.2024, 07:53
AZ EN
04.02.2022, 11:45 199

TRT Haber: “Şuşalı Kamil Rüstəmov 30 il sonra evinə qovuşdu”

XƏBƏRLƏR

Türkiyənin “TRT Haber” televiziya kanalının müxbiri Fatih Avanos Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə başlayan avtobus səfərləri ilə bağlı “Şuşalı Kamil Rüstəmov 30 il sonra evinə qovuşdu” sərlövhəli reportaj hazırlayıb.

Reportajda deyilir ki, Azərbaycanda işğaldan azad edilən Qarabağa səfərə icazə verilib. Bakıdan Şuşa və Ağdama ilk avtobus reysləri təşkil edilib. TRT Haber 30 ildir doğma yurdundan ayrı düşən şuşalı Kamil Rüstəmovun vətənə səyahətini sərnişinlər arasında müşahidə edib.

Qarabağlı məcburi köçkün Kamil Rüstəmov jurnalistə deyib: "1992-ci ildə getmişəm, 20 ildir Bakıdayam. 35 yaşında gedib, 65 yaşında Şuşaya qayıdıram" dedi.

Altı saatlıq yoldan sonra avtobuslar Şuşaya çatıb. Kamil Rüstəmov ilk olaraq evini ziyarət edib. O deyib: "Sevincimin həddi-hüdudu yoxdur. Uşaqlığımı, gəncliyimi burada keçirmişəm. 30 ildir ki, hər gün xəyallarımda bura gəlib-getmişəm. Amma bu gün bura həqiqət də gəlmişəm".

İşğal altında olduğu müddətdə strateji əhəmiyyətli şəhərdə, əsasən, erməni hərbi birləşmələri məskunlaşmışdılar. Kamil Rüstəmovun evi də erməni hərbçilərin məskunlaşdığı yerlər arasında olub. Kamil “TRT Haber”in müxbirinə deyib:  "Baxın görün buranı nə hala gətiriblər. Bütün binalar bu vəziyyətdədir. Düşünürəm ki, gözəl günlərimiz qabaqdadır, Allahın köməkliyi ilə burada gözəl həyat yaşayacağıq". “TRT Haber” hazırda şəhərdə dağılmamış binalarda bərpa və tikinti işləri ilə məşğul olan azərbaycanlıların yaşadığını xəbər verib.

Gülnar VƏLİ

Oxşar xəbərlər