«Liqa Ukrainı» informasiya agentliyinin sentyabrın 29-da yaydığı xəbərdə deyilir ki, Böyük Britaniya kəşfiyyatı Ukraynanın işğal olunmuş ərazilərinin sentyabrın 30-da Rusiyaya birləşdirilməsi barədə dövlət dumasına Putin tərəfindən müraciət və bununla bağlı hər iki palatada dinləmələr olacaqdır. Britaniya siyasətçiləri və yüksək rütbəli hərbçiləri belə hesab edirlər ki, Rusiyanın «xüsusi əməliyyat» adı altında zəbt etdiyi Ukrayna ərazilərində saxta referendumlar keçirilməsi də məhz bu məqsədə xidmət edir. Ukrayna ordusunun son günlərdəki əks-hücumu nəticəsində zəbt etdiyi xeyli ərazidən geri çəkilməyə məcbur olan Rusiya bununla öz uğursuzluğunu pərdələməyə çalışır. Agentlik daha sonra əlavə edib ki, Putin tərəfindən elan olunan qismən səfərbərlikdə də məqsəd məhz saxta referendumun müdafiəsini təşkil etməkdir. Bununla barışmayan ayrı-ayrı şəxslərin müxtəlif yollarla Rusiyanı tərk etməyə çalışması isə Rusiyada böhranın getdikcə dərinləşəcəyini bildirən agentlik daha sonra vurğulayıb ki, 7 ayda çoxlu hərbçi itirən Rusiya Finlandiya və Baltikyanı ölkələrlə sərhəddəki qoşunlarını da geri çəkib Ukraynaya göndərsə də heç bir uğur əldə edə bilməyib. Dünya isə Rusiyanın siyasətini pisləməkdə davam edir.
Nəsib QARAMANLI