18.10.2024, 22:24
AZ EN
28.07.2022, 09:06 373

Yaponiya COVID-19-a yoluxma sayında dünyada birinci yerə çıxıb

XƏBƏRLƏR
  • Koronavirus pandemiyası dövründə bütün dünyada ən aşağı göstəricilərin qeydə alındığı Yaponiya, sutkalıq yoluxma sayına görə bütün ölkələr arasında birinci yerə çıxıb.

Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat yayıb. Bildirilir ki, iyulun 27-nə olan son məlumata görə, Yaponiyada sutka ərzində 200 mindən çox yoluxma halı qeydə alınıb.

Həmçinin qeyd edilir ki, bu göstərici iyulun 27-də ABŞ-da 117,5 min, Cənubi Koreyada 100,3 min, İtaliyada 88,7 min və Fransada 87,6 min olub.

Bütün pandemiya dövründə COVID-19-a yoluxma üzrə ən aşağı göstəricinin qeydə alındığı Yaponiyada son bir neçə həftə ərzində yoluxma sayı artıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Yaponiya hazırda pandemiyanın yeddinci mərhələsini yaşayır. Hökumət komissiyasının üzvləri bunu “BA.5” variantının yayılması ilə izah edirlər.

Epidemik vəziyyətin gərginliyinə baxmayaraq, Yaponiya hökuməti məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. Əhalidən sayıqlıq göstərmək və təkrar peyvənd olunmaq xahiş edilir. (AZƏRTAC)

Oxşar xəbərlər