22.11.2024, 02:45
AZ EN
21.09.2022, 15:11 189

Daşnaklar İranı tərifləyirlər

XƏBƏRLƏR

Ermənistanın müstəqilliyi günü ilə bağlı müxalifət nümayəndələri də «Yerabulur»a gəlib və müharibədə həlak olanlara ehtiramlarını bildiriblər. Daşnaksütyun partiyasının siyasi burosunun üzvü Hakop Ter-Xaçatryan jurnalistlərə verdiyi müsahibədə ötən 31 il ərzində ölkədə gedən siyasi proseslərə isə münasibət bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda səfərdə olarkən İran və Rusiya barədə səsləndirdiyi fikirlərə münasibət bildirən daşnak funksioneri vurğulayıb ki, hər dövlətin öz marağı var. Rusiya və İrana münasibətdə ABŞ-la Ermənistanın marağı üst-üstə düşmür. O, daha sonra bildirib ki, Türkiyə və Azərbaycan Ermənistan ərazisindən dəhliz açmaq istəyir. Həmin dəhlizi «Turan» dəhlizi kimi xarakterizə edən və bunun Ermənistan üçün heç bir fayda verməyəcəyini bildirin daşnak funksioneri xüsusi vurğulayıb ki, artıq 31 ildir ki, İranla Ermənistan arasında sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Ermənistanın sərhədləri və «Zəngəzur dəhlizi» barədə söhbət gedərkən İran rəsmiləri daim Ermənistanın mövqeyinə uyğun bəyanatlar səsləndiriblər. Erməni xalqı isə tam əmindir ki, İran heç vaxt Ermənistanın mənafeyinə uyğun gəlməyən sənədi qəbul etməz.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR