Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.
“Biz hava məkanını Ermənistanın üçüncü ölkələrə uçan təyyarələri üçün bağlamışıq. Biz təyyarələri ölkəmizə zəruri hallarda buraxacağıq, lakin Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə laynerlərin və şəxsi təyyarələrin uçuşuna icazə verməyəcəyik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan təxribatları dayandırmasa, Ankara digər tədbirlərə də əl atacaq. (AZƏRTAC)