21.02.2025, 18:11
AZ EN
20.02.2025, 07:41 209

Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib

XƏBƏRLƏR
  • Ermənistanın “FlyOne Armenia” aviaşirkəti Moldovada fəaliyyəti qadağan edilmiş daşıyıcıların siyahısına daxil edilib.

Moldova İnfrastruktur və Regional İnkişaf Nazirliyinin müvafiq əmri bu gün qüvvəyə minib.

Qeyd edək ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbul olunması nəticəsində tətbiq edilib. Reqlament çərçivəsində təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyəti məhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtib edilib.

Moldovadakı layihənin məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır. (Trend)

Oxşar xəbərlər