22.11.2024, 00:29
AZ EN
02.09.2022, 16:51 354

Ukrayna və Rusiya arasında növbəti dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsi həyata keçirilib

XƏBƏRLƏR
  • Ukrayna və Rusiya Federasiyası ikinci dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko məlumat verib. Onun sözlərinə görə, Ukrayna 90-a yaxın əsgərini geri qaytarıb.

"Bu gün əsirlərin mübadiləsi olub. 15-i qadın olmaqla 86 Ukrayna əsgəri artıq təhlükəsizdir", - deyə Timoşenko əlavə edib.

Xatırladaq ki, martın 24-də Ukrayna və Rusiya ilk əsr mübadiləsini həyata keçirib. O zaman 10 ukraynalı hərbçi Rusiya tərəfindən qaytarılıb.

Oxşar xəbərlər