19.10.2024, 09:34
AZ EN
17.03.2022, 13:30 221

Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib

XƏBƏRLƏR

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 460 milyonu, ölüm hallarının sayı isə - 6,05 milyonu keçib. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla belə məlumat yayıb.

ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır. Yoluxma hallarının sayında 450 milyonluq hədd martın 10-da, 400 milyonluq hədd fevralın 10-da, 350 milyonluq hədd – yanvarın 25-də, 300 milyonluq hədd – yanvarın 8-də, 250 milyonluq hədd isə - ötən il noyabrın 9-da qeydə alınmışdı.

Məlumatları ÜST-yə daxil olmuş ən çox təsdiqlənmiş yoluxma halı - 78 865 157 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (42 998 938), Braziliya (29 380 063), Fransa (22 938 532) və Böyük Britaniya (19 820 185) yer alıblar. Ən çox ölüm halı da - 958 609 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (655 249), üçüncü yerdə isə Hindistan (516 072) qərarlaşıb. Daha sonra Rusiya (362 478) və Meksika (321 115) yer alıblar.

Bu günə olan məlumata görə, Azərbaycanda koronavirus infeksiyasına 791 min 77 yoluxma halı aşkar edilib, 9 min 633 nəfər həyatını itirib.

Oxşar xəbərlər