“İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
“2022-ci il iyulun 24-nə olan məlumata görə, Rusiyanın təcavüzü nəticəsində öldürülən uşaqların rəsmi sayı gün ərzində dəyişməyib – 358 nəfər, yaralananların sayı artıb – 684 nəfərdən çox”, - Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün beş ayı ərzində Ukraynada 1 042 nəfərdən çox uşaq zərər çəkib. Ən çox Donetsk vilayətində - 361 nəfər, Xarkovda – 194 nəfər, Kiyevdə - 116 nəfər, Çerniqovda – 68 nəfər, Luqanskda - 61, Nikolayevdə - 54, Xersonda - 54, Zaporojyedə - 40 uşaq zərər çəkib.
Qeyd edilir ki, bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə dəqiqləşdirilməsi istiqamətində işlər görülür. (Report)