11.07.2025, 23:43
AZ EN
19.07.2022, 15:30 403

Robert Koçaryan koronavirusa yoluxub

XƏBƏRLƏR

Ermənistanın Şenqovit məhkəməsindən verilən xəbərə görə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və sabiq baş nazir, hazırda «Hayastan» fraksiyasından deputat Armen Gevorkyanın məhkəməsi yenə təxirə salınıb. Erməni saytları bildirir ki, hər iki şəxs «Silvanın işi» adlanan cinayət işində külli miqdarda rüşvətalma, korrupsiya, başqasının əmlakını mənimsəmə faktları ilə ittiham olunurlar. Sözügedən məhkəmənin hakimi Danielyan jurnalistlərə bildirib ki, R.Koçaryan iyulun 14-də COVİD-19 testi verib və nəticə müsbət olduğuna görə məhkəməyə gələ bilməyib. Ona görə də məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Nəsib QARAMANLI

Oxşar xəbərlər