Bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında gömrük-keçid məntəqəsinin iki ölkəni ziyarət edən üçüncü ölkə vətəndaşlarının keçidi üçün, eyni zamanda iki ölkə arasında aviasiya ilə yük ticarətinin mümkün olan ən qısa zamanda gerçəkləşməsinə dair razılığa gəliblər və bu məsələlər ilə bağlı tələb olunan proseslərin başlanmasına qərar veriblər.
Tərəflər, həmçinin son məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları müzakirə edərək və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar. (AZƏRTAC)