22.11.2024, 01:45
AZ EN
17.07.2022, 14:20 196

Gürcüstan XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi görüşündən böyük gözləntilərimiz var

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 16-da Tbilisidə keçirilən görüşündən böyük gözləntilərimiz var. Məqsədimiz, ilk növbədə, dost, qonşu ölkələrin konkret nəticələr əldə etməsidir. Eyni zamanda, Cənubi Qafqaz bölgəsində üç ölkə arasında birgə koordinasiya yolu ilə sülh və sabitliyi möhkəmləndirməsi vacib gözləntilərimizdəndir.

Bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili birinci kanalın efirində Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşündən sonra gözləntilərini açıqlayarkən söyləyib.

Nazir bildirib ki, dünyanın təhlükəsizlik arxitekturasında xüsusi çağırışların olduğu dövrdə regionda sülh və sabitliyin gücləndirilməsi böyük önəm kəsb edir.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü tərəflər arasında danışıqların davamı üçün çox möhkəm zəmin yaradıb.

“Tərəflər sıx koordinasiya, müxtəlif mərhələlərlə onlar üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli üçün mövqelərini yaxınlaşdıra bilərlər”, – deyə nazir vurğulayıb. (AZƏRTAC)

Nazir, həmçinin qeyd edib ki, Tbilisi gələcəkdə də iki qonşu ölkənin nümayəndələrinin görüşünü təşkil etməyə və konkret məsələlərin həllinə kömək göstərməyə hazırdır.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR