Bu barədə "Tabe olmayan Fransa" solçu partiyasının milli koordinatoru Manuel Bompard "X" sosial şəbəkə hesabında yazıb.
"Biz danışıqlar barədə komediya oynamaq fikrində deyilik və Lekornu haqqında etimadsızlıq qətnaməsi təqdim edəcəyik", – deyə o yazıb.
M.Bompardın sözlərinə görə, bu belə ölkənin siyasi kursunu dəyişmək üçün kifayət etməyəcək. "Prezident Emmanuel Makronla siyasətdə heç bir dəyişiklik ola bilməz. Etirazların nəticəsi onun istefası olmalıdır", - Bompard bildirib.
Makron daha əvvəl demişdi ki, 2027-ci ildə səlahiyyət müddəti bitənə qədər prezident postunu tərk etməyəcək.
Xatırladaq ki, Lekornu sentyabrın 9-da Fransa Baş naziri təyin edilib. O hələ hökuməti formalaşdırmayıb. (Report)