Andriy Melnik bu barədə “Bild” qəzetinin təşkil etdiyi müzakirənin gedişində bildirib.
“Bir çox ukraynalı qaçqın Almaniyanı tərk edir. Hazırda onların sayı ölkəyə gələndən çoxdur. Bunun səbəbləri üzərində düşünün”, - səfir belə deyib.
Müzakirədə digər məsələlərlə yanaşı, Almaniyanın Rusiyadan neft və qaz almağa davam etməsinə də toxunulub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündən bəri Almaniyaya sığınan ukraynalıların sayı 800 mini ötüb. Ölkədən çıxan qaçqınların statistikası isə aparılmır. (AZƏRTAC)