"Lurer.com"un dekabrın 20-də yaydığı xəbərlərin əksəriyyəti yenə də anti-Azərbaycan məzmunludur. Soydaşlarımızın Qarabağdakı ekoloji durumla bağlı etiraz aksiyalarına münasibət bildirilməsi üçün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ofisinə ünvanlanmış suallara cavab verilmədiyinin səbəblərini aydınlaşdırmaq üçün sözügedən məkana gələn jurnalistlərə aydın olub ki, o ürək-damar xəstəliyi ilə bağlı növbəti müalicə prosedurundadır və həkimlər onun xüsusilə media mənsubları ilə təmasına müvəqqəti qadağa qoyub. Sabiq prezidentin sözçüsü Armen Musinyan əlavə edib ki, L.Ter-Petrosyan hər il "Best layf" klinikasında planlı müalicə olunur və indiyədək bu mətbuatdan gizli saxlanılıb.
"Görünür, eks prezidentin vəziyyəti pisləşib ki, ofisindəkilər onun xəstə olduğunu daha gizlətmək fikrində deyillər" - deyə jurnalist əlavə edib.
NƏSİB