Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Fransanın keçmişdə Əlcəzairdə, Ruanda da, Malidə etdikləri bütün dünya qeydlərində var.
"Bu Fransanın ilk işi deyil. Afrikalılar bunu çox yaxşı bilirlər. Onlar hazırda Fransaya qızıl və uranın daşınmasını tamamilə dayandırıblar. Bu, illərlə edilən zülmün qarşılığıdır. Onlarla müsbət münasibətlərimizi qorumağa çalışırıq", - deyə R.T.Ərdoğan əlavə edib. (Trend)