21.11.2024, 16:23
AZ EN
04.03.2022, 10:45 211

Ukraynalı qaçqınlar Avropa ölkələrində üç ilə qədər qala biləcəklər

XƏBƏRLƏR

Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqında yaşamaq və işləmək hüququ əldə edəcəklər. Bu xəbəri “Report”  Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Məlumatda bildirilir ki, bir həftə əvvəl Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib. Belə ki, onların yarıdan çoxu (454 min nəfər - Red) Polşaya, 116 min nəfəri Macarıstana, 67 min nəfəri Slovakiyaya, 45 min nəfəri Rumıniyaya, 79 min nəfəri isə Aİ-yə daxil olmayan Moldovaya gedib.

Aİ Ukrayna vətəndaşlarına və ölkə sakinlərinə sığınacaq prosedurlarından keçmədən dərhal bir ilədək yaşamaq, işləmək, tibbi xidmət almaq, mənzil almaq və təhsil almaq hüququnu verib.

“Əgər münaqişə uzun müddət davam edərsə və ya qaçqınlar sağ-salamat geri qayıda bilmirsə, bu status daha iki il də uzadıla bilər. Ukrayna vətəndaşları artıq Aİ-yə 90 günlük vizasız giriş imkanına malikdirlər, lakin Aİ qanunvericiliyində bu misli görünməmiş dəyişiklik həmin müddətdən sonra onların statusuna zəmanət verir”.

Vətəndaşlığı və ya daimi yaşamaq hüququ olmayan şəxslər - yəni əcnəbilər, əcnəbi tələbələr Aİ-də qalmaq hüququ əldə etməyəcəklər, lakin onların öz ölkələrinə qayıtmalarına köməklik göstəriləcək.

Oxşar xəbərlər