Ermənistanın "Hraparak" media holdinqi "AMNESTY İnternational" beynəlxalq hüquq müdafiəsi təşkilatının 2022-ci ildə dünyada ölüm hökmü ilə əlaqədar sənədini paylaşıb. Aydın olur ki, ötən il əvvəlki beş illə müqayisədə ən çox insan edam olunub. Ötən il 20 ölkədə 883 nəfər edam olunub ki, bu da 2021-ci ildəkindən 53 faiz çoxdur və siyahıya yenə də İran İslam Respublikası başçılıq edir. Ötən il İranda 576 nəfər (2021-ci ildə 314 nəfər) edam edilib. Səudiyyə Ərəbistanında 2021-ci ildə 65 nəfər edam edilmişdisə ötən il bu rəqəm 196 olub.
ABŞ-da da edam olunanların sayı artaraq 11-dən 18-ə çatıb.
Nəsib