06.07.2025, 20:03
AZ EN
30.04.2022, 07:15 475

BMT: Üç mindən çox miqrant Avropaya gedərkən boğulub və ya itkin düşüb

XƏBƏRLƏR
  • 2021-ci ildə 3 mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb.

    Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mətbuat katibi Şabia Mantu Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

    BMT QAK-ın sözçüsü beynəlxalq ictimaiyyəti quru və dəniz yolu ilə təhlükəli səyahətlər zamanı qaçqınların və sığınacaq axtaranların qorunması üçün təcili dəstək verməyə çağırıb.

    Onun sözlərinə görə, 2021-ci ildə Aralıq dənizində 1 924 nəfər və Şimali Afrikadan Kanar adalarına gedən 1 153 miqrant ölüb və ya itkin düşüb.

    "Bu ilin əvvəlindən indiyədək daha 478 nəfər dənizdə ölüb və ya itkin düşüb", - Mantu qeyd edib. ("Report")

Oxşar xəbərlər