20.04.2024, 07:13
AZ EN
21.11.2022, 12:25 319

Bu gün Ümumdünya Televiziya Günüdür

XƏBƏRLƏR
  • Bu gün Ümumdünya Televiziya Günüdür. 1996-cı il dekabrın 17-də BMT-nin Baş Məclisi noyabrın 21-ni həmin il ilk Ümumdünya Televiziya Forumunun keçirilməsi ilə əlaqədar Ümumdünya Televiziya Günü elan edib. Bu günün məqsədi həmin gün televiziya şirkətlərinin dünya, təhlükəsizlik, iqtisadi, sosial inkişaf və mədəniyyətə dair verilişlərini bir-birinə ötürməsini təmin etmək idi.

Azərbaycanda isə televiziya 1956-cı il fevralın 14-də yaradılıb. İlk vaxtlar televiziya həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Sonralar isə bu müddətin getdikcə artırılmasına başlanılıb. 1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanılıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib.

1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətləndirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər