14.07.2025, 16:50
AZ EN
14.07.2025, 11:46 243

Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

XƏBƏRLƏR
  • Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb.

Kitabxanadan bildirilib ki, "Tovuz döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı virtual kitab sərgisində bir sıra rəsmi sənədlərin, şəhid olmuş igid Azərbaycan oğullarının hərbi xidməti, keçdikləri döyüş yolu haqqında qələmə alınmış kitab və dövrü mətbuat nümunələrinin tam mətni təqdim edilib. Virtual sərgidə “Tovuz döyüşləri-iyul şəhidləri”, “Vətən uğrunda”, “Polad ömrü”, “Əfsanəvi general”, “Akula ləqəbli kəşfiyyatçı”, “Möhtəşəm zəfərin nişanəsi” kimi 10-dan çox kitabın və “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “525-ci qəzet”, “İki sahil”, “Səs” kimi mətbu nəşrlərdə yer alan “Tovuz döyüşləri - Zəfərin başlanğıc məqamı”, “Tovuz döyüşləri: Qəhrəmanlıq salnaməmiz...”, “Tovuz döyüşləri qələbəmizin təməli oldu” kimi məqalələr sərgilənib.

“Zəfər salnaməsinin şanlı səhifəsi - Tovuz döyüşləri” adlı məlumat bülletenində şanlı Qələbəyə gedən yolun başlanğıcında duran, adını Azərbaycanın Zəfər salnaməsinə qızıl hərflərlə yazan Tovuz döyüşlərinin iştirakçıları haqqında toplanmış ətraflı məlumat, onların həyat və döyüş yolundan bəhs edən kitab və məqalələrin siyahısı təqdim edilib.

Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Günel QULİYEVA

Oxşar xəbərlər