Bunu X Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə həyat canlanır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də doğma yurdlarına qayıdan insanların kitablara əlçatanlığının təmin edilməsidir.
"Ağdamda yaradılan "İmarət kompleksi"ndə kiçik də olsa kitabxana fəaliyyəti var. Həmin ərazilərdə artıq kitab işi canlanıb və gələcəyə doğru ciddi layihələrimiz var. Mədəniyyət infrastrukturu istiqamətində dövlət qurumlarında iş aparılır və əminik ki, çox qısa zamanda peşəkar kitabxanalar da oxuculara təqdim ediləcək", - deyə nazir diqqətə çatdırıb. (AZƏRTAC)