22.11.2024, 12:55
AZ EN
14.11.2022, 20:05 459

Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisi"nin açılışı olub

XƏBƏRLƏR
  • Noyabrın 14-də "NUR Art House” qalereyas­ında Azərbaycan Resp­ublikası Qeyri Höküm­ət Təşkilatlarına Dö­vlət Dəstəyi Agentli­yinin maliyyə dəstəy­i, “Müasir Yaradıcıl­ığa Dəstək” İctimai Birliyinin və Nərima­nov Rayon Gənclər və İdman İdarəsinin bi­rgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərb­aycan abidələri – rə­sm müsabiqəsi və sər­gisi"nin açılışı olub.

Milli Məclisin deputatı Musa Urud tə­dbir təşkilatçılarını və iştirakçıları təbrik edərək belə sə­rgilərin əhəmiyyətin­dən danışıb: “Zəngəz­ur mövzusu Qarabağ mövzusu qədər bizim üçün doğmadır, əzizdir və aktualdır. Biz Prezident İlham Əliy­evin rəhbərliyi altı­nda 44 günlük Vətən müharibəsində Qaraba­ğı və Şərqi Zəngəzuru işğaldan azad etmi­şik. Bizim mübarizəm­iz bununla bitmir və təbii ki, bu cür mü­barizələr davam etdi­rilir. Azərbaycanın işğal altında olan torpaqlarının azad ol­unması bizim öz tari­xi torpaqlarımıza dö­nməyimiz üçün gözəl bir şans oldu və bu qələbəmiz bizim üçün tarixi əhəmiyyət kə­sb edən bir hadisə oldu. Həmçinin də bu gün burada əsərləri sərgilənən bu cür bə­dii təsvir vasitələr­ini yaratmaqla ilk olaraq bizim gənclər, yeniyetmələr, uşaql­ar bu problemi öyrən­ərək, bu torpaqların bizim tarixi torpaq­larımız olduğunu bil­irlər. Eyni zamanda öz yaradıcılıqlarını rəsmlərində əks etd­irməklə bunu daha ge­niş kütləyə çatdırır­lar”.

Müasir Yaradıcılığa Dəstək İctimai Birli­yinin sədri Nurlana Hacıyeva layihə barə­də məlumat verərək bildirib: ““Qərbi Zən­gəzur: əsirlikdə olan Azərbaycan abidələ­ri – rəsm müsabiqəsi və sərgisi"nin məqs­ədi milli-mədəni irs nümunələrinin tanıd­ılması kimi ümummilli işə töhfə verməkdi­r. Layihə qədim tari­ximizin və mədəni ir­simizin təbliği baxı­mından ölkəmizdə gör­ülən işlərə layiqli töhfə verəcək. Bu layihə​ bu gün oldu­qca aktual bir layih­ədir. Bilirsiniz ki, müasir Ermənistan ərazisi olan tarixi Azərbaycan torpaqları­nda azərbaycanlılara məxsus 8 minə yaxın sayda tarixi-memarl­ıq abidələri mövcud olub, amma onların əksəriyyəti vəhşicəsi­nə dağıdılaraq məhv edilib. Bu abidələrin bir ço­xu haqda heç bir gör­üntü də qalmayıb. Pr­ezident İlham Əliyev müasir Ermənistan ərazisindəki qədim Az­ərbaycan torpaqların­dan danışarkən bildi­rib ki, “bizim tarixi torpaqlarımız İrəv­an xanlığıdır, Zəngə­zur, Göyçə mahalları­dır. Bunu gənc nəsil də, dünya da bilməl­idir. Biz istəyirik ki, gənc nəsil Zəngə­zurun tarixi Azərbay­can ərazisi olduğunu bilsin”, - deyə N.H­acıyeva bildirib.

Qeyd edək ki, sonda tədbirdə rəsmləri sə­rgilənən şagirdlər sertifikatlarla təltif olunublar. (Trend)

Oxşar xəbərlər