04.02.2026, 13:14
AZ EN
04.02.2026, 10:48 125

Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb

XƏBƏRLƏR
  • Mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.

Söhbət zamanı nazir Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Adil Kərimli Azərbaycan dövləti tərəfindən mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Görüşdə bu il Bakıda yeddinci dəfə keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.

Mina RƏŞİD

Oxşar xəbərlər