Bu sözləri açıqlamasında xalçanın müəllifi, rəssam CHINGIZ deyib. Səkkiz ay ərzində komandası ilə birgə yorulmadan çalışan müəllif xalçanın ərsəyə gəlməsi prosesinin necə uzun, çətin və qürurlu olduğunu vurğulayıb. “Hər ilmə bir nəfəs, hər rəng bir duyğu, hər naxış isə şəhidlərimizin ölməz xatirəsinə yazılmış səssiz şeir kimidir. “Cəngi” qədim döyüş ruhunun, Azərbaycan əsgərinin əyilməz iradəsinin rəmzi kimi bu xalçada öz bədii təcəssümünü tapıb. Bu xalça həm bu günümüzün, həm də gələcək nəsillərin yaddaşında qəhrəmanlarımızın şərəfli adlarını yaşadacaq bir bədii salnamədir”, - deyə CHINGIZ əlavə edib. (AZƏRTAC)