Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbinin fortepiano üzrə IV sinif şagirdi Aynaxanım Ağazadə Belarusda təşkil olunan beynəlxalq müsabiqədə uğurla iştirak edib.
Gənc musiqiçi Minsk şəhərində onlayn formatda keçirilən “Sozvezdiye Europe-Asia.Winter Tune” adlı müsabiqədə öz yaş kateqoriyasında instrumental janr nominasiyası üzrə “Laureat” adını qazanaraq 1-ci yerə layiq görülüb.
Aynaxanımı müsabiqəyə məktəbin müəllimi İradə Abdullayeva hazırlayıb. (AZƏRTAC)