10.12.2022, 03:23
AZ EN
29.09.2022, 15:00 244

Şanlı Zəfərimizə həsr edilən kitablar təqdim edilib

XƏBƏRLƏR
  • Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr edilən “Şuşa ili”nə həsr olunmuş “Zəfərin Amili” və “Yeni bir səhər” kitablarının təqdimatı keçirilib.

AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli kitablar haqqında məlumat verib. Sonra hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi, Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı çıxış edərək müəlliflərə uğurlar arzulayıb. Daha sonra yeni kitabların redaktoru, şair, ədəbiyyatşünas Ramil Əhməd çıxış edib. Tədbirdə yazıçılar, şairlərlə bərabər oxucular da öz fikirlərini söyləyiblər.

Qeyd edək ki, “Zəfərin Amili” kitabı 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Amil Hüseynova həsr olunub. Kitabın müəllifi şəhidin həyat yoldaşı Xalisə xanımdır. Kitab şəhid Amilin  timsalında bütün şəhidlərimizin, müharibə iştirakçılarının və arxa cəbhədə onları gözləyənlərin duyğularından, yaşantılarından bəhs edir.

“Yeni bir səhər” adlı kitab isə “Kür” ədəbi məclisinin üzvü, Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin müəllimi Aygün Bayramlının şeirlərindən ibarətdir. Müəllifin şeirləri “Zəfər yolu”, “Səni gözləyirəm” və “Bu gün yeni bir səhər” başlıqları altında oxuculara təqdim edilir.

Mina RƏŞİD

Oxşar xəbərlər