Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin İfaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli deyib.
O bildirib ki, iştirakçı tələbələr qeyri-ixtisasdan olsalar da, bu işin öhdəsindən çox gözəl gələ bilirlər: "İştirakçıların hər birinə müvəffəqiyyətlər arzulayıram. Onu da qeyd edim ki, hər dəfə Naxçıvana paytaxt Bakı olaraq dəvət alırdımsa, bu dəfə Xankəndidən gəlirəm. Mən artıq Qarabağ Universitetində fəaliyyət göstərirəm. Deyərdim ki, budəfəki səfərim Naxçıvan Dövlət Universiteti (NDU) ilə Qarabağ Universiteti arasında əməkdaşlıq kimi də dəyərləndirilə bilər. Səmimi olaraq onu da deyim ki, elə bilirəm həm də Naxçıvan Dövlət Universitetində də çalışıram. Çünki burada çox gözəl abı-hava var. Universitetin bütün əməkdaşları bizə çox doğma münasibət bəsləyirlər. Hər kəsə təşəkkür edir, yekun konsertdə iştirakçılara uğurlar arzulayıram”. (AZƏRTAC)