Filarmoniyadan bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək layihə çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Ansamblı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin konsert proqramları keçiriləcək.
"Musiqi gücü" layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.
Qeyd edək ki, keçiriləcək konsertlərə giriş sərbəstdir.
Hazırladı: Mina RƏŞİD