07.02.2025, 17:45
AZ EN
07.02.2025, 15:22 218

Adil Kərimli Astanada türk dünyasından bəhs edən kitabın təqdimatında iştirak edib

XƏBƏRLƏR
  • Fevralın 6-da Qazaxıstan Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi Darxan Kıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatı keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondu Şurasının bu gün (7 fevral) keçirilən 2-ci iclasında iştirak etmək məqsədilə Astana şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli kitabın təqdimat mərasiminə qatılıb. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Darxan Kıdırəliyə yeni kitabının işıq üzü görməsi və onun Azərbaycan, türk və qırğız dillərinə tərcümə edilməsi münasibətilə təbriklərini çatdıran nazir müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Nazir çıxışında Türk dünyasının ortaq mədəni irsi barədə müştərək sənədli filmin çəkilməsi təklifini də diqqətə çatdırıb.

Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı dost ölkənin müvafiq qurumları tərəfindən göstərilən operativ köməyə və verilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına, eləcə də bütün türk dövlətlərinə təşəkkürünü bildirib.

Digər çıxış edənlər də nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, “Daşa yazılan tarix” kitabı Türk dünyasının ortaq yaddaşını, irsini və mədəniyyətini bir araya gətirən sanballı elmi-tədqiqat əsəridir. Bu qəbildən kitablar qardaş xalqlarımızın ortaq köklərini, mədəni irsini daha dərindən öyrənmək və tanıtmaq üçün qiymətli mənbədir. 

Müəllif Darxan Kıdırəli təqdimatda iştirak və çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqram təqdim olunub.

Qeyd edək ki, bu gün Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi də keçiriləcək.

Qazaxıstan Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi Darxan Kıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatı keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondu Şurasının bu gün (7 fevral) keçirilən 2-ci iclasında iştirak etmək məqsədilə Astana şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli kitabın təqdimat mərasiminə qatılıb. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Darxan Kıdırəliyə yeni kitabının işıq üzü görməsi və onun Azərbaycan, türk və qırğız dillərinə tərcümə edilməsi münasibətilə təbriklərini çatdıran nazir müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Nazir çıxışında Türk dünyasının ortaq mədəni irsi barədə müştərək sənədli filmin çəkilməsi təklifini də diqqətə çatdırıb.

Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı dost ölkənin müvafiq qurumları tərəfindən göstərilən operativ köməyə və verilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına, eləcə də bütün türk dövlətlərinə təşəkkürünü bildirib.

Müəllif Darxan Kıdırəli təqdimatda iştirak və çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqram təqdim olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər