Ənənəvi sərgidə rəsmi sənədlər, bəstəkarın musiqi notları, qramplastinkalar, həyat və yaradıcılığı, mədəniyyətin inkişafında böyük xidmətləri və səmərəli ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgidə isə rəsmi sənədlər, fotolar, beynəlxaq mükafatlar və fəxri adlar, Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində bürünc heykəlinin təntənəli təqdimat mərasimi, Şuşada keçirilən “Xarıbülbül” festivalı və “Vaqif poeziya günləri”, Bülbülün ev-muzeyinin bərpası və sair haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın bəstələdiyi musiqi notları, həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş etdirilir.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Polad_Bulbuloglu/index.htm linkindən istifadə edərək tanış olmaq mümkündür.
Sərgi bir həftə davam edəcək.
Hazırladı: Mina RƏŞİD