17.06.2025, 05:23
AZ EN
06.01.2025, 08:27 184

Ağdam teatrı paytaxt tamaşaçılarının qonağı olacaq

XƏBƏRLƏR
  • Ağdam Dövlət Dram Teatrı yanvarın 7-də saat 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında paytaxt sənətsevərlərinin qonağı olacaq.

Kollektiv şair-dramaturq, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin "Cənnət və cəhənnəm" əsəri əsasında hazırladığı tamaşanı təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.

Rolları aktyorlar Kərim Həsənli, Xəyalə Xudadatova, Afəridə Sabirqızı, Elşən Cavadov, Zöhrab İmamalıyev, Fərhad Fərhadzadə, Hakim Xan və Qalib Abdullazadə canlandırırlar.

Səhnə əsəri "Mədəniyyət" kanalı ilə canlı yayımlanacaq.

Giriş sərbəstdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR