22.12.2024, 23:10
AZ EN
06.12.2024, 17:51 128

Düşənbədə “Xarı Bülbül əfsanəsi” sənədli filmi nümayiş etdirilib

XƏBƏRLƏR
  • Düşənbədə isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Şuşa şəhərinə həsr olunmuş “Xarı Bülbül əfsanəsi” sənədli filmi nümayiş etdirilib.

Bu barədə Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Tacikistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, bu ölkənin dövlət qurumlarının və ictimaiyyət nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Sənədli film səfirliyin dəstəyi ilə rus dilinə tərcümə edilərək səsləndirilib, eyni zamanda ingilis dilində subtitrlə nümayiş olunub.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov filmin həsr olunduğu “Xarı Bülbül” və Şuşa şəhəri haqqında qısa məlumat verib. (Report)

Oxşar xəbərlər