08.07.2025, 17:48
AZ EN
06.09.2024, 14:25 323

Şuşada milli turizm brendi linzalarının və "Təzhib sənəti”nin irs nümunələri nümayiş olunub

XƏBƏRLƏR
  • Sentyabrın 6-da Şuşada keçirilən Beynəlxalq Qastronomiya Günü çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarının qastronomiya və maddi-mədəni irs nümunələrindən ibarət milli turizm brendi linzalarının sərgisi təşkil olunub.

Sərgidə, həmçinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş əlyazmalar, xəttatlıq mətnləri, dini mətnlər və miniatürlərdə tətbiq olunan çoxəsrlik dekorativ sənət olan “Təzhib sənəti”nin irs nümunələri ziyarətçilərə təqdim edilib. (AZƏRTAC)

Oxşar xəbərlər