Baş İdarədən bildirilib ki, tədbiri Mərkəzi Kitabxananın direktoru N.Hüseynova "Qarabağda döyüşən Bülbüləlilər" adlı bu kitabın Birinci və İkinci Qarabağ müharibələrində hərbiçi, qazi, eləcə də itkin və şəhid olan bülbüləli Vətən oğullarımızın keçdiyi qəhrəmanlıq yolundan bəhs etdiyini vurğulayıb.
Sonra kitabın müəllifi Qubat Bağırov çıxış edərək kitabın ərsəyə gəlməsi haqqında ətraflı məlumat verib.
Təqdimatda kitabxananın əməkdaşları yazıçı ilə fikir mübadiləsi edərək, təəssüratlarını bölüşüblər. (AZƏRTAC)