Hekayələrin ingilis dilinə tərcümə müəllifi tanınmış Britaniya tərcüməçisi Anne Tompsondur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Inkitt.com” portalı mütəmadi olaraq səhifələrində Lev Tolstoy, Fyodor Dostoyevski, Mark Tven, Oskar Uayld, Ceyms Coys, Frans Kafka, Virciniya Vulf, Skott Fitscerald kimi dünyaşöhrətli yazıcıların yaradıcılığına yer ayırır.
Afaq Məsud 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. O, 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Prezidentin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
1994-cü ildə Berlin Ədəbiyyat Evində “İzdiham” əsərinin alman dilində qiraəti və müzakirəsi keçirilib, 2000-ci ildə Vyana Universitetində yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə olunub. (Sena Doğan “Avropa şərqşünaslığında qadın yazarlar”) 2004-cü ildə Vyana radiosunda “Sərçələr” hekayəsinin motivləri əsasında hazırlanmış “Die Sperlinge” (“Sərçələr”) radio-pyesinin yayını təşkil edilib.
Sevda Süleymanova