Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev "Mədəni İrs" Forumunun "Mədəni irs və müasir memarlıq-şəhərsalma prinsipləri" panelində çıxışı zamanı deyib.
"Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır", - Faiq Hacıyev deyib.
O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib: "Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir".
Faiq Hacıyev "Böyük Qayıdış" planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kəndin, Füzulidə 1 şəhər 10 kəndin, Xocavənd rayonunda isə Hadrut qəsəbəsi Tuğ kəndinin layihələndirilərək inşa ediləcəyini vurğulayıb. (APA)