03.08.2025, 13:04
AZ EN
13.09.2023, 13:42 447

Xalq artisti yenidən Şuşaya səfər edib

XƏBƏRLƏR
  • Onu çoxu şuşalı kimi tanıyır. Bu Firəngiz xanımın Şuşaya, Qarabağa olan böyük sevgisindəndir. Ağcabədidə anadan olan Xalq artisti Firəngiz Mütəllimova bu günlərdə doğma Şuşaya yenidən səfər edib.

Milli Dram Teatrının aktrisası, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova Şuşada çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
Aktrisa paylaşımına “Şuşada səhər tezdən sənə dua edərkən ürəyimdən keçən hər şey tək bir sənə agah idi. Mərhəmətli, gözəl rəbbim, hər şeyə görə sənə təşəkkürümü və şükürlərimi bildirirəm” sözlərini yazıb. 

Mina RƏŞİD

Oxşar xəbərlər