Bu sözləri jurnalistlərə müsahibəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.
Nazirin sözlərinə görə, bu məktəbin tikintisi Özbəkistan dövlətinin Azərbaycana bir dəstəyi kimi qəbul olunur. “Ümid edirik ki, məktəbin şagirdləri bizim ölkələrin dostluğunda xüsusi rol oynayacaqlar. Məktəbin inşası Özbəkistanın Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin göstəricisidir”,- deyə O.Nazarbekov bildirib. (AZƏRTAC)