18.04.2025, 09:28
AZ EN
18.05.2023, 10:57 211

TÜRKSOY-un “Fotoqraflar görüşü” layihəsi bu il Şuşada həyata keçirilib

XƏBƏRLƏR
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan “Fotoqraflar görüşü”nün builki məkanı “Türk dünyasının mədəniyyət paytaxtı”, qədim söz-sənət beşiyimiz Şuşa şəhəri olub.

Nurlan Tahirli, Rauf Umudov, Araz Adiloğlu (Azərbaycan), Sabi Maemerov (Qazaxıstan), Urmatbek Osmoev (Qırğızıstan), Ümid Sobirov (Özbəkistan), Abdulhamit Yalçın, Sami Türkay, İlker Cihat Çatak (Türkiyə), Sunalp Çelebi (Şimali Kipr Türk Cümhuriyyəti), Güler Fedai və Vüqar Novruzoğlu (TÜRKSOY) “mədəniyyət paytaxtı” ilinin rəsmi açılışından (12 may) sonra şəhərdəki tarix-mədəniyyət abidələrini fotokameranın yaddaşına köçürüblər.

Fotoqrafların kadrlarında şəhərin simvoluna çevrilən memarlıq abidələri ilə yanaşı, 28 illik erməni işğalı nəticəsində vandalizmə məruz qalan tarixi tikililərin xarabalıqları da qatı dumanın fonunda əks olunub.

Qeyd edək ki, fotolar “Türk dünyasının mədəniyyət paytaxtı” ili tədbirləri çərçivəsində keçiriləcək sərgidə nümayiş olunduqdan sonra albom kimi nəşr ediləcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR