Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.
Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adıgözəlov olub.("Report")