19.04.2024, 10:26
AZ EN
13.04.2022, 09:35 379

Elxan Elatlının Vətən müharibəsindən bəhs edən romanı nəşr olunub

XƏBƏRLƏR

˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Elxan Elatlının 44 günlük Vətən müharibəsindən bəhs edən yeni romanı nəşr olunub.

Aprelin 17-i, saat 15:00-da ˝LIBRAFF˝ kitab mağazalarının "Park Akademiya" filialında kitabın təqdimatı və imza günü baş tutacaq.

Tədbirdə iştirak etmək istəyənlər ˝Alternativ əməliyyat˝ kitabını tədbir günü yerində əldə edə biləcəklər.

Ünvan: Hüseyn Cavid pr. 100, ˝Elmlər Akademiyası˝ m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin alt mərtəbəsi.

Qeyd edək ki, yazıçı kitabı qırx dörd günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmüş bütün əsgər və zabitlərimizə, həmçinin qələbəmizdə əməyi olan xüsusi xidmət orqanları əməkdaşlarına hörmətlə ithaf edib. (APA)

Oxşar xəbərlər