Bu sözləri Milli Muğam Müsabiqəsinin xanəndəlik üzrə qalibi Mirəli Sarızadə deyib.
2017-ci ildə Muğam Televiziya Müsabiqəsinin diplomantı olduğunu söyləyən M.Sarızadə Milli Muğam Müsabiqəsinin uzun fasilədən sonra bərpa olunmasını onun kimi gənc ifaçıların tanınması baxımından yüksək qiymətləndirib.
Ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəyini bildirən Mirəli Sarızadə deyib ki, muğamlarımızın dünyada tanınması və təbliği üçün daha böyük səylə çalışacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib. (AZƏRTAC)